Donnerstag, 19. März 2009

CIVIL MOVEMENT FOR KARABAKH AND THE REPUBLIC STATEMENT OF PRELIMINARY REPORT ON THE 18 MARCH VOTE ON A SERIES OF CONSTITUTIONAL AMENDMENTS

CIVIL MOVEMENT FOR KARABAKH AND THE REPUBLIC STATEMENT OF PRELIMINARY REPORT ON THE 18 MARCH VOTE ON A SERIES OF CONSTITUTIONAL AMENDMENTS
Link

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nın 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar referendumla bağlı ilkin
R Ə Y İ English

Beynəlxalq standartlara cavab verməyən ciddi qanun pozuntuları və saxtakarlıqlarla keçirilən 15 oktyabr 2008-ci il Azərbaycan Respublikası prezidentinin seçkilərindən dərhal sonra hakimiyyət partiyasının rəhbərliyində olan bəzi şəxslər Azərbaycan Respublikası Konstitusiyasının bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan 101-ci maddəsinin dəyişdirilməsi zərurəti ilə bağlı referendum keçirilməsi ideyası ilə çıxış etmiş, qısa müddətdən sonra cəmiyyətdə ətraflı müzakirələr aparılmadan Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələ parlamentin gündəliyinə çıxarılmışdır.

Bu məsələ parlamentdə də ətraflı müzakirə edilməmiş, hətta müxalifətdən olan deputatlara bu məsələ ətrafında çıxış etmək üçün söz verilməmişdir. Layihə dərhal səsə qoyularaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir.

Hakimiyyətin nəzarəti altında olan Konstitusiya Məhkəməsi parlamentin 29 maddədə 41 dəyişiklik edilməsi ilə bağlı təklifinə Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin 2-ci hissəsini pozaraq müsbət rəy vermiş, dərhal sonra yenə də ətraflı müzakirələr aparmadan Azərbaycan Respublikasının Milli Məclisi 18 mart 2009-cu il tarixə referendum təyin etmişdir.

Referendumun cəmiyyətin deyil, hakim zümrənin maraqlarını əks etdirdiyini, mahiyyət etibarilə avtoritar sistemin möhkəmləndirilməsinə xidmət etdiyini, bir nəfərin qeyri-məhdud müddətdə hakimiyyətdə qalmasına imkan yaratdığını nəzərə alan Azərbaycanın müxalifət partiyaları (Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası) bəzi ictimai təşkilatlarla birgə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” adlı təşkilat yaradaraq, referendumda müzakirəyə çıxarılan bir sıra dəyişikliklərin əleyhinə çıxdı.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” və bəzi müstəqil hüquqşünasların rəylərinə görə, referendum Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə zidd olaraq təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsində deyilir: “Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası. I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir”. Buna baxmayaraq, ümumxalq referendumunda səsverməyə çıxarılmış layihədə Konstitusiyaya bir sıra əlavələr edilməsi nəzərdə tutulur.

Konstitusiyanın 158-ci maddəsində deyilir: “Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü. Azərbaycan Respublikasının Konstitusiyana əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz”. Buna baxmayaraq, ümumxalq referendumunda səsverməyə çıxarılmış layihədə Konstitusiyanın 1-ci bölməsinə 4 əlavənin edilməsi nəzərdə tutulur.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nın “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendumunun Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrinə zidd olaraq təyin edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Milli Məclisinə müraciətləri cavabsız qalmışdır.

Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd olaraq qanunvericilikdə edilən əsaslı dəyişikliklər barədə Avropa Şurası Venesiya Komissiyasına rəy bildirmək üçün müraciət etməmişdir.

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyinə görə, bələdiyyə strukturları üzərində dövlət nəzarətinin tətbiq edilməsi, həmin strukturların parlament qarşısında hesabat verməsi kimi absurd müddəa yerli özünüidarəetmənin demokratik prinsiplərinə uyğun gəlməməklə yanaşı, həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.

Avropa Şurası Venesiya Komissiyası referendumda müzakirəyə çıxarılan bir çox müddəaların demokratiyanın inkişafı prinsiplərinə uyğun gəlmədiyini, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinin Avropa praktikasına zidd olduğunu bəyan etmişdir.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendumu ölkədə seçicilərin öz iradəsini azad surətdə ifadə etməsi üçün normal demokratik şəraitin olmadığı, müxalifət partiyalarının, müstəqil KİV-lərin təqib və təzyiqlər altında olduğu, dövrdə elan edilmişdir.

Bütün seçki komissiyaları yenə də hakimiyyətin nəzarəti altında olmuşdur. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün seçki komissiyalarında mütləq əksəriyyət təşkil edir.

Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat qruplarının yaradılması üçün çətin prosedurlar müəyyənləşdirilmiş, müxalifət tərəfindən elan olunmuş “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının yaradılmasına ciddi maneçiliklər törədilmişdir. Ölkənin bir çox regionlarında (Sabirabad, Sumqayıt, Salyan, Neftçala, Zaqatala, Xaçmaz, Cəlilabad və s.) bu təşviqat qrupları üçün imza toplayan şəxslər təzyiq və təqiblərə məruz qalmış, müxtəlif müddətlərdə həbs olunmuşlar. Həmin dövrdə iki nəfər haqqında qondarma cinayət işi açılmış, onlar haqqında qeyri-qanuni məhkəmə hökmü çıxarılmışdır.

İmza toplayan şəxslərlə yanaşı, müxalifət təşviqat qruplarının qeydiyyatı üçün imza vermiş bəzi şəxslər təqib və təzyiqlərə, hədə-qorxulara məruz qalmışlar.

Hakimiyyət dairələri müxalifətin təşviqat qruplarının yaradılmasına mane olmaqla yanaşı, inzibati resursdan istifadə etmə və saxtakarlıqla faktiki olaraq öz nəzarəti altında olan 7 təşviqat qrupu yaratmışdır.

Bərabər hüqüqlu təbliğat imkanları prinsipi kobud şəkildə pozulmuşdur. Bütün seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının əksəriyyəti referendumla bağlı hakimiyyətin mövqeyinin təbliği və müxalifətə qarşı təbliağtla məşğul olmuşdur.

Təşviqat aparılması üçün yalnız İctimai TV-də vaxt ayrılmışdır. Xüsusi qeyd etmək lazımdır ki, referendum kampaniyası dövründə ayrılan pulsuz efir vaxtı bundan əvvəlki bütün seçkilərdə olduğundan az, həftədə cəmi 90 dəqiqə olmuş və bu vaxt yalnız teledebatlar üçün ayrılmışdır. Beləliklə, müxalifətdən olan təşviqat qruplarının bütün kampaniya dövründə yalnız 40 dəqiqə ərzində pulsuz efir vaxtından istifadə imkanı olmuşdur.

Bir sıra televiziya kanalları pullu efir vaxtı üçün tarifləri elan etməyi belə lazım bilməmişlər. Elan edilmiş tariflər isə Azərbaycan reallığı üçün çox yüksək olmuşdur.

Təşviqat materiallarının geniş yayılmasına maneçilik törədilmişdir. Belə ki, ötən seçkilər ərəfəsində təşviqat materiallarının yalnız xüsusi ayrılmış yerlərdə yerləşdirilməsi ilə bağlı Seçki Məcəlləsində edilmiş dəyişiklik təşviqat materiallarının nümayiş etdirilməsinin səmərəliliyini xeyli azaltmış, bu məqsədlə xüsusi ayrılmış lövhələrdə “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qruplarına məxsus olan plakatlar polis və icra hakimiyyəti strukturları işçiləri tərəfindən çırılmış, həmin təşviqat qruplarının vətəndaşlara bukletlər paylayan nümayəndələri polis təzyiqinə məruz qalmışlar.

Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün şərait yaradılmamışdır. Belə ki, Bakı şəhərində müxtəlif dövrlərdə və müxtəlif məkanlarda kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar müraciətlərin hamısına qeyri-qanuni olaraq rədd cavabı verilmişdir.

“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları nümayəndələrinin Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalarla əlaqədar qeyri-qanuni qərarlarından məhkəməyə edilən şikayətlərə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan müddətdə baxılmamışdır.

Ölkənin regionlarında, o cümlədən Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran, Sabirabad, İmişli və Şəkidə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na daxil olan siyasi partiya və ictimai təşkilatların, həmçinin “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının seçicilərlə açıq havada görüş məqsədilə müraciət etdiyi yerlərin heç birində belə aksiyaların keçirilməsinə imkan verilməmişdir.

Referendum kampaniyası dövründə “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları tərəfindən Mərkəzi Seçki Komissiyasına edilmiş 40-dək şikayətin mütləq əksəriyyəti əsassız olaraq təmin edilməmişdir.

Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə rəğmən administrativ resurs referendum kampaniyasında hakimiyyətin mövqeyinin müdafiəsində fəal iştirak etmişdir.

Təşviqat kampaniyası dövründə əvvəlki seçkilərdən fərqli olaraq qeydə alınmış təşviqat qruplarına dairə və məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etmək hüququnun verilmədiyi məlum olmuş, bununla da müxalifətin referendum günü bilavasitə seçki komissiyalarında səsvermə prosesinə nəzarət üçün heç bir mexanizm qalmamışdır.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” qeyd edilənləri nəzərə alaraq, referendum kampaniyasını dayandırmağı təklif etmişdir. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin də Azərbaycan hakimiyyətinə oxşar təklifinə hakimiyyət dairələri məhəl qoymamışlar.

REFERENDUM GÜNÜ

Referendum günü qanun pozuntuları və saxtakarlıqlar kütləvi xarakter almışdır.

Yerli icra hakimiyyəti strukturları Yeni Azərbaycan Partiyası nümayəndələrinin əksəriyyət təşkil etdiyi seçki komissiyaları ilə birlikdə bu qanun pozuntuları və saxtakarlıqların əsas təşkilatçısı olmuşdur.

Bəzi televiziya kanallarında təşviqat kampaniyası referendum günü də davam etmişdir.

Bir çox seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin iştirakı ilə sayılmamış, seçki qutuları onların iştirakı ilə möhürlənməmişdir.

Müxalifəti təmsil edən müşahidəçilər bir çox seçki məntəqələrinə ümumiyyətlə buraxılmamış, bəzi seçki məntəqələrində isə təzyiqlərə məruz qalmışlar.

Müşahidəçilərə effektiv müşahidə imkanları yaradılmamış, səslərin sayılması zamanı isə onlar prosesdən tamamilə kənarlaşdırılmışlar.

Seçici fəallığının olmamasından narahat olan yerli icra hakimiyyəti orqanlarının nümayəndələri seçki məntəqələrinin əksəriyyətində “karusel” əməliyyatı həyata keçirmişlər.

Əvvəlcədən yaradılmış ayrı-ayrı “seçici” qrupları avtobus və digər maşınlarla məntəqələri gəzdirilərək, onların müxtəlif məntəqələrdə səs verməsinə şərait yaradılmışdır. Həmin “seçici” qrupları bəzi seçki məntəqələrində bir neçə dəfə olmuş, bir çox hallarda həmin “seçicilərə” iki və daha artıq seçki bülleteni verilmişdir.

Seçki bülletenlərinin qutulara topa şəklində atılması prosesində bir çox məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin fəal iştirakı aşkar edilmişdir.

18 yaşına çatmamış şəxslərin, litsey tələbələrinin və şagirdlərin səsverməyə cəlb olunması kütləvi hal almışdır.

Bir sıra seçki məntəqələrində səs verən şəxslər nəinki həmin seçki məntəqələrinin, hətta müvafiq seçki dairəsinin ərazisində yaşamayn şəxslər olmuşlar.

Əksər seçki komissiyaları səslərin sayılması prosesini ümumiyyətlə həyata keçirməmiş və əvvəlcədən tapşırılmış rəqəmləri protokollarda qeyd etmişlər.

Referendum günü “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları birgə müşahidə həyata keçirmiş, 1000-dək mənrtəqə seçki komissiyasında olan müşahidəçilərin məlumatı əsasında 12 press-reliz yaymışlar. Yuxarıda qeyd olunan qanun pozuntuları və saxtakarlıqlar haqqında ətraflı və konkret məlumatlar olan press-relizlər ilkin rəyə əlavə olunur.
Press-relizlər www.isagambar.az saytına daxil edilib.

NƏTİCƏ

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na daxil olan siyasi partiyalar və ictimai təşkilatlar qeyd edir ki:

1) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında referndum Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə zidd olaraq keçirilmişdir;

2) Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, ölkədə referendumun azad və ədalətli keçirilməsi üçün normal demokratik şərait olmamışdır.

Referendum ərəfəsində ölkədə

- müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam etmiş;
- referendumun demokratik keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmamış;
- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri mütləq əksəriyyət təşkil etmiş;
- təşviqat qruplarına bərabərhüquqlu təbliğat imkanları yaradılmamış;
- təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə məhdudlaşdırılmışdır.

Seçki məntəqələrində referendum günü saxtakarlıqlar və qanun pozuntuları davam etdirilmişdir. Bir çox seçicilərin seçki məntəqələrinə müxtəlif qeyri-qanuni üsullarla gətirilməsinə, demək olar ki, bütün seçki məntəqlərində “karusel” əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, referendumda iştirak edənlərin ümumi sayı 15 faizdən az olmuş, referendumda iştirak edənlərin sayı seçki komissiyaları tərəfindən təqribən 5 dəfə şişirdilmişdir.

3) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında referendumu azad və ədalətli olmamışdır.

“Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının müşahidəçilərinin və bir çox müstəqil müşahidəçilərin verdiyi məlumatlara əsasən referendumda seçicilərin yalnız 15 faizdən azı iştirak etdiyindən yetərsay alınmamış və referendum baş tutmamışdır.

isagambar.az, 19 mart 2009-cu il, Bakı

CIVIL MOVEMENT FOR KARABAKH AND THE REPUBLIC STATEMENT OF PRELIMINARY REPORT ON THE 18 MARCH VOTE ON A SERIES OF CONSTITUTIONAL AMENDMENTS

Following the 15 October 2008 presidential race in Azerbaijan that failed to satisfy international standards of democracy and was marred by irregularities, some leading members of the ruling Yeni Azerbaycan Party proposed a referendum to amend Article 101, which currently states the president may only be elected for two consecutive terms. The proposal on a series of constitutional amendments, avoiding extensive public debates, was submitted shortly to Azerbaijan’s Parliament, the Milli Mejlis.

The matter at point had been limited to broad discussions, even MPs from the opposition barred from voicing remarks on the proposal(s). At a session the Milli Mejlis through voting decided to submit to the country`s Constitutional Court a draft Act on Referendum on “making amendments and supplements to the Constitution of the Republic of Azerbaijan”.

The Constitutional Court, which is controlled by the government, decided that the proposals provided for in the draft Act of referendum “can be put to a nationwide referendum” to ask the public to approve amendments to 29 articles of the constitution, thus violating Article 31 (1) of the constitution. The Milli Mejlis, without discussing the very draft Act, decided to stage a referendum on March 18, 2009.

Taking into consideration the facts that the referendum will serve interests of the ruling Azeris unlike public interests, contribute to authoritarian consolidation, vote on scrapping a two-term Presidential limit to extend President's long grip on power, the mainstream opposition parties - Democratic Party of Azerbaijan (DPA), Popular Front Party of Azerbaijan (PFPA), Liberal Party, Musavat Party, Civil Development Party, Umid Party, as well as a variety of NGOs decided to create the united group/movement For Karabakh and the Republic and protested some of the amendments proposed.

The united opposition group and non-party analysts claim the conduct of such referendum contradicts several articles of the Republic of Azerbaijan’s Constitution, as well as the country’s commitments before international development organizations. Since according to Article 156 of the Constitution of the Azerbaijan Republic: “(1) Amendments to the Constitution of the Azerbaijan Republic are taken in the form of Constitutional laws in the Parliament [Milli Mejlis] of the Azerbaijan Republic, by majority of 95 votes; (2) Constitutional laws on amendments to Constitution of the Azerbaijan Republic are put to the vote in the Parliament [Milli Mejlis] of the Azerbaijan Republic twice. The second voting shall be held 6 months after the first one.” Nevertheless, the draft referendum proposes some amendments to the constitution. Article 158 of the Constitution (Article 158 Limitations on initiative on introduction of amendments to the Constitution of the Azerbaijan Republic) determines that ”There cannot be proposed the introduction of additions to the Constitution of Azerbaijan Republic with respect to provisions envisaged in Chapter I of the present Constitution.” However, the draft referendum proposes 4 amendments to Chapter I of the present Constitution.

For Karabakh and the Republic have repeatedly appealed to the country`s Constitutional Court and the Milli Mejlis not to approve a referendum that contradicts articles of the Constitution of the Republic of Azerbaijan. But no response has been given so far.

Authorities, failing to uphold its commitments to the Council of Europe, have not asked the Venice Commission for opinion on constitutional amendments.

The Bureau of the Council of Europe Congress of Local and Regional Authorities recently requested postponing the referendum on constitutional amendments in Azerbaijan, pending the opinion of the Venice Commission on their conformity with European democratic norms, particularly with the European Charter of Local Self-Government. In its statement, the Bureau expressed concern on the the proposed amendment to the article regarding governmental control of the activities of municipalities, because of its possible inconsistency with certain provisions of the European Charter of Local Self-Government.

The Venice Commission, the Council of Europe's advisory body on constitutional matters, said some amendments may prove "a serious setback on Azerbaijan's road to a consolidated democracy" as well as the elimination of presidential term limits in Azerbaijan contradicts European practice.

The referendum was staged in a time when a normal democratic environment enabling voters to freely express their will is absent, when the opposition parties, local independent media outlets are exerted to persecution, pressure.

All the election commissions have been controlled by authorities, as was formerly the case. Since the large majority of the commission members represent the ruling Yeni Azerbaycan Party.

The Central Elections Commission (CEC) fabricated difficult, particular procedures to create agitation groups, obstructed creation of the united opposition agitation groups For Karabakh and the Republic and the Republicans. Those who collected signatures for these agitation groups in the country’s regions (such as in Sabirabad, Sumgait, Salyan, Neftchala, Zakatala, Hachmaz, Jalilabad, etc) faced pressure and harassment, as well as jail terms. At that date, two opposition campaigners involved in a fabricated criminal case, faced illegal judgment. And persons who had mobilized support for registration of the opposition agitation groups with their signatures also faced pressure and threats.

Authorities managed to create 7 pro-YAP agitation groups through using administrative resources and falsifications.

The principle of the right to equal agitation opportunities was violated. Most of the local TV channels campaigned in favour of authorities and against the Opposition throughout the referendum campaign.

Airtime for the agitation groups was only allowed on Public TV (ITV). Much noteworthy is that the Central Elections Commission (CEC) allotted the agitation groups 90 minutes of free airtime a week. So, the opposition groups could have benefited 40 minute- airtime only during the campaign period.

Some TV channels even failed to announce the cost for pre-paid airtime, while the cost of airtime announced by some TVs was high, far-out of Azerbaijan standards.

Authorities impeded distribution of campaign posters. Since amendments to the Election Code, under which campaign posters could be displayed only in designated sites, diminished efficiency of spreading such materials, and posters belonging to the agitation groups For Karabakh and the Republic and the Republicans displayed in these designated sites were pulled off by police and executive powers, and representatives distributing leaflets to citizens for these agitation groups faced more police violence.

Authorities failed to create conditions to stage mass actions, meetings with the voters; they unsanctioned Opposition’s appeals to rally in different places and venues.

The complaint the agitation groups For Karabakh and the Republic and the Republicans lodged against Baku Mayor’s Office due to illegal decisions on mass actions was not considered within the date stipulated by Article 112 of the Republic of Azerbaijan’s Election Code.

Local authorities hampered the opposition parties and NGOs united in the movement For Karabakh and the Republic who had been asked for open-air places for meetings with voters in Sumgait, Gence, Jalilabad, Lenkaran, Sabirabad, Imishli and Sheki.

The great bulk of around 40 complaints submitted to the Central Elections Commission (CEC) during the agitation campaign by For Karabakh and the Republic and the Republicans remained unanswered unreasonably.

Despite the Election Code and international law, the administrative resource involved in defending the ruling party’s stance to dominate debate during the campaign period.

It turned out that a registered agitation group cannot appoint their representative as a member with the voting right in the electoral commissions during the campaign unlike the previous voting, thus depriving the opposition representatives of mechanisms to control the process of voting on referendum day.

Given the above-mentioned, the united agitation groups For Karabakh and the Republic and the Republicans had urged to postpone the referendum on constitutional amendments in Azerbaijan. Authorities also ignored a similar request by Congress of Local and Regional Authorities of Europe.

REFERENDUM DAY

There have been numerous voting violations on Wednesday.

Local executives, election commissions most members of which represent the ruling Yeni Azerbaycan Party have been the major initiators for irregularities and fraudulent actions.

On election day, some TV stations have continued agitation campaign.

At some polling stations commissions did not count ballots and seal ballot-boxes in the presence of observers.

Opposition observers were not allowed to visit, or faced pressure at some poling stations.

No effective opportunities were created to observe the process; the observers were not allowed to witness the process of counting the votes.

Concerned by the low turnout, representatives of local authorities used ‘roundabout’ technology at most polling stations.

The local officials organized busses and other vehicles to ferry voters from one polling station to another so they could cast ballots twice and more.

Polling station chiefs and commission members involved in putting ballots in big quantities into the ballot-boxes.

Citizens under 18, high school students were delivered to cast ballots.

Some people coming to the polling stations do not even live in the area precincts, constituencies are located.

Most of the electoral commissions did not count the votes at all, but wrote the pre-dictated figures into the protocols.

On election day, the agitation groups For Karabakh and the Republic and the Republicans conducted joint observation, disseminated 12 press releases based on reports by observers from about 1,000 electoral commissions.

Press releases have been posted at www.isagambar.az.

CONCLUSIONS

The opposition parties and NGOs in the movement For Karabakh and the Republic hereby announce that:

1) The 18 March referendum on constitutional amendments was staged in contravention of some articles of the constitution of Azerbaijan;

2) Azerbaijan still lacks a normal democratic environment to conduct fair and transparent voting despite all efforts by local NGOs and political organizations, as well as international institutions towards implementing political reforms to ensure democratic rights and freedoms in the country.

On the sidelines of the referendum,

- Independent media outlets still faced pressure and harassment;
- No appropirate legislative base was created to hold democratic referendum;
- The large majority of electoral commission members represented the ruling party;
- No equal opportunities for agitation groups were created;
- Agitation and propaganda campaigns were more limited compared to the previous election races.

On referendum day, election fraud and violations were observed at polling stations.

Despite of illegal deliveries of voters, use of ‘roundabout’ technology at almost all polling stations, voter turnout did not go beyond 15 percent, the number of voters coming to polling stations was overstated by about 5 times.

3) The 18 March vote on a series of constitutional amendments was not free and fair .

Civil Movement For Karabakh and the Republic and the Republicans, as well as independent experts maintain that as voter turnout is below 15 percent, the vote cannot be legitimated.

isagambar.az, 19th March 2009, Baku