Dienstag, 31. März 2009

PREZİDENT VAR, 38 MİN DOLLAR MAAŞ ALIR, PREZİDENT VAR - 500

31.03.2009 [00:34]
LINK



Böhran öz yerində, məvacib öz yerində. Söhbət dünya liderlərinin maaşından gedir. “Faynenşl Tayms” bəzi ölkələrin prezident və baş nazirlərinin ayda nə qədər maaş aldıqları barədə yazıb. Məlum olub ki, Barak Obama sələfi Corc Buş qədər məvacib alır – ildə 400 min dollar (292 min avro). Sarkozi isə Jak Şirakla müqayisədə ikiqat artıq maaşa qol çəkir.

Ancaq Avropada ən çox maaş alan lider Sarkozi deyil, İrlandiyanın baş naziri Brayan Kouendir. Onun illik məvacibi toplam şəkildə 257 min avrodur. Ancaq Kouen maaşının 10 faizindən imtina edib. Nikolya Sarkozi isə “dava salıb” maaşının artırılmasına nail olandan sonra 240 min avro ilə kifayətlənəsi olub.

Almaniyanın federal kansleri Angela Merkel maaş məsələsində 4-cü yeri tutaraq ildə 228 min avro qazanır. Keçən il ən yüksəkmaaşlı siyasətçi olan ingiltərəli baş nazir Qordon Braun isə funt-sterlinqin dəyərini itirməsi nəticəsində xeyli geri düşüb. İndi o, cəmi 199 min avronun ekvivalenti qədər maaş alır.
Bununla yanaşı, dünyada elə liderlər də var ki, maaş məsələsində özlərini proletariatdan çox ayırmırlar. Məsələn, Boliviyanın kokasevər prezidenti Evo Morales özünə ayda 1800 dollar maaş kəsib.
Hələ onunla müqayisədə Əfqanıstanın prezidenti Həmid Karzay daha kasıbyana dolanır. Onun aylıq alacağı 500 dollardır. Özünün dediyinə görə, nə evi var, nə torpağı, nə də maşını, yalnız bir-iki qiymətli daşı var.
Rusiyanın prezidenti Dmitri Medvedyev isə ildə 67 min avro qazanır. Bu maaş ona sələfi Putindən qalıb. Putin isə bu qədərcik məvacibi ilə artıq Avropanın ən varlı siyasət adamına çevrilə bilib. Onun milyardları, yaxta, təyyarə və mlikanələri barədə əfsanələr dolaşır.

musavat.com

187 dəfə baxılıb

Рейтинг@Mail.ru