Freitag, 13. März 2009

Altıncı sinif şagirdi ana oldu

http://www.lent.az/news.php?id=19460

H A D İ S Ə

Altıncı sinif şagirdi ana oldu

19:40 13-03-2009



12 yaşlı qızın hamilə olduğunu son ana qədər heç kim bilməyib

Rusiyanın Yakutsk şəhərinin orta məktəblərindən birinin 6-cı sinif şagirdi 8 mart Beynəlxalq Qadınlar Günündə ana olub. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə doğum evinin nümayəndələri bildiriblər.

Doğum evinin həkimi qeyd edib ki, “təcili yardım”ın tibb işçiləri martın 8-də 12 yaşı yenicə tamam olan qızı doğuş sancıları ilə xəstəxanaya gətiriblər: “Qız qarnındakı ağrılardan şikayət edirdi. Amma onun hamilə olduğu və ağrıların doğuş sancısı olduğu üzə çıxanda, biz şoka düşdük”.

Həkim bildirib ki, 12 yaşlı ana çox gənc olmasına baxmayaraq, fizioloji cəhətdən yetişib və doğuşa hazır olub: “Doğuş heç bir çətinlik olmadan başa çatdı. 6-cı sinif şagirdi təbii yolla qız uşağı dünyaya gətirdi. Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Qızın oxuduğu məktəbin nümayəndəsi isə son ana qədər şagirdlərinin hamilə olduğundan xəbərsiz olduqlarını bildirib: “O, bütün həftəni dərsə gəlib. Bazar günü isə uşaq doğub. Onun hamilə olduğunun heç bir əlaməti yox idi. Ona görə də, məktəbimizin şagirdlərindən birinin tezliklə ana olacağını ağlımıza belə gətirmirdik”.

Hazırda faktla bağlı Yakutsk meriyasının Səhiyyə Komitəsinə məlumat verilib. Bundan əlavə, faktla şəhər prokurorluğunun əməkdaşları da maraqlanıblar. Prokurorluğun əməkdaşı məlumatı təsdiq etsə də, cinayət işi qaldırılmadığını vurğulayıb. Çünki faktda cinayət tərkibi və subyekti müəyyən edilməyib.

LENT.AZ

Xəbərin oxunma sayı: 433